DÜNYA
Fukui prefekturasındakı AES-də daha bir nüvə reaktorunun işi bərpa olunub
Tokio, 7 iyun, AZƏRTAC
Yaponiyanın mərkəzində yerləşən Fukui prefekturasındakı atom elektrik stansiyasında (AES) daha bir nüvə reaktorunun fəaliyyəti bərpa olunub. Beləliklə, bütün ölkə üzrə fəaliyyətini bərpa edən reaktorların ümumi sayı beşə çatıb.
Fəaliyyəti iyunun 6-da bərpa olunan “Takahama” AES-in 3 nömrəli reaktoru oksid qarışıqlı nüvə yanacağı ilə işləyir.
Bu AES-in 3 və 4 nömrəli reaktorları ötən ilin martında məhkəmənin qərarı ilə dayandırılıb. Lakin daha yüksək instansiyalı məhkəmə əvvəlki qərarı ləğv edib və 4 nömrəli reaktor mayda yenidən işə salınıb.
AES-in operatoru olan “Kansai Power Co.” şirkətinin bildirdiyinə görə, 3 nömrəli reaktor iyunun 7-də səhər böhran həddinə çatacaq. Cümə günü isə enerji istehsalı və ötürülüşü bərpa olunacaq.
İyulun əvvəlində reaktor kommersiya istehsalına keçdikdən sonra şirkət elektrik enerjisinin qiymətini endirməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio