İDMAN


Futzal üzrə Azərbaycan millisi Avropa ölkələri arasında yeddinci sırada qərarlaşıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Futzal üzrə dünya çempionatı başa çatdıqdan sonra milli komandaların reytinq cədvəli açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu dəfə final mərhələsindən kənar qalan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Baş məşqçi Joze Alesionun yetirmələri 1416 xalla reytinq cədvəlində 12-ci pillədə yer alıb. Yığmamız Avropa ölkələri arasında 7-ci sırada qərarlaşıb.

Reytinq cədvəlinə 1794 xalla Braziliya millisi başçılıq edir. İspaniya 1779 xalla ikinci, Argentina isə 1741 xalla üçüncü pillədə yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.