REGİONLAR


Füzuli Rayon İcra Hakimiyyəti Başçısı aparatının kollektivi Azərbaycan Prezidentinin xeyirxah təşəbbüsünə qoşulub

Füzuli, 30 mart, AZƏRTAC

Füzuli Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllülük prinsipi əsasında 37,6 min manat köçürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.