İQTİSADİYYAT
GÖMRÜKÇÜLƏR YARIM İLLİK PROQNOZU ARTIQLAMASI İLƏ YERİNƏ YETİRMİŞLƏR
Azərbaycan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları bu ilin 6 aylıq proqnozunu layiqincə yerinə yetirmişdir. Həmin dövrdə dövlət büdcəsinə nəzərdə tutulmuş 474,3 milyard manat əvəzinə 479,72 milyard manat məbləğində gömrük rüsumları köçürülmüşdür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,42 milyard manat, yaxud 12 faiz çoxdur.Komitədən müxbirimizə bildirmişlər ki, “Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi haqqında” Qanununa müvafiq olaraq, komitə büdcəyə cari ildə 1 trilyon 20 milyard manat məbləğində vəsait toplayıb köçürməyi proqnozlaşdırmışdır ki, bu da ötən ildəkindən 100 milyard manat artıqdır.