SİYASƏT
GUAM ölkələri beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək
Kiyev, 29 noyabr, AZƏRTAC
GUAM ölkələri beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ukraynanın paytaxtı Kiyevdə keçirilən GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclasında müzakirələr zamanı səsləndirilib.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Müzakirələr zamanı vurğulanıb ki, GUAM əməkdaşlıq və tərəfdaşlıq etdiyi ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini daha da səmərəli etməlidir.
İclasda digər GUAM ölkələrinin parlamentləri arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [22:27]
İraqda Ulu Öndərin xatirəsi anılıb
- 10.05.2024 [21:48]
COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub
- 10.05.2024 [21:26]