SİYASƏT
GÜRCÜSTANDAKI AZƏRBAYCANLILARIN MƏDƏNİYYƏT MƏRKƏZİ ABŞ KONQRESİNƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
Bakı, 13 mart (AZƏRTAC). Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarı Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) də etirazına səbəb olmuşdur.
AMM-nin bununla əlaqədar keçirilmiş tədbirində ABŞ Konqresinə müraciət qəbul olunmuşdur.
AMM-nin sədri Fazil Həsənov tədbirdə çıxış edərək ABŞ Konqresinin adıçəkilən komitəsinin qəbul etdiyi qərarın ciddi narahatlıq yaratdığını və bunun Cənubi Qafqazda stabilliyə xidmət etmədiyini bildirmişdir. Gürcüstan Tarixçiləri Assosiasiyasının üzvü, AMM-nin nəzdində fəaliyyət göstərən tarix kursunun müəllimi Nərgiz Nəbiyeva, mərkəzin fəal üzvü Mikayıl Mustafayev və digər çıxış edənlər də dünya tarixində baş vermiş soyqırımı faktlarından danışmış, azərbaycanlıların və türklərin ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarını diqqətə çatdırmışlar.