SİYASƏT


Gənc Parlamentarilərin Forumunda Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas prioritetlərindən bəhs olunub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Gənclər Palatasının 10 illiyi ilə bağlı Gənc Parlamentarilərin Forumunun plenar iclası keçirilib. İclas “XXI əsr gəncliyi: irsin qorunması, əməkdaşlığın inkişafı, gələcəyə yönəlik” mövzusuna həsr edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, plenar iclasda Azərbaycan Milli Məclisinin deputatı, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev, dünyanın bir çox ölkələrinin parlamentariləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Federasiya Şurasının sədri Valentina Matviyenko forum iştirakçılarını salamlayaraq tədbirin işində gənc parlamentarilərə uğurlar diləyib.

Emin Hacıyev müasir həyatda qərarların qəbul edilməsində gənclərin artan təsirindən, gənc parlamentarilərin rolundan danışaraq, bu istiqamətdə MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının fəaliyyətinə toxunub.

Milli Məclisin deputatı iclas iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas prioritetləri, gənclərin dövlət və cəmiyyət həyatında iştirakının artırılması sahəsində əldə olunan nəticələrdən bəhs edib.

Emin Hacıyev MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasını gənclərin fəaliyyətinin koordinasiya edilməsində, gənclərin potensialının reallaşdırılmasında və dialoq mühitinin qurulmasında effektiv mexanizm kimi xarakterizə edib.

Koordinator qurumun gələcək fəaliyyəti və tədbirləri barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.