SİYASƏT
“Gəncliyin seçimi – müstəqillik” adlı sərgi açılıb
Bakı, 14 oktyabr, A.İsmayılova, AZƏRTAC
Oktyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi açılıb.
Sərgi muzeyin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dekorativ-tətbiqi sənət fakültəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə ADRA-nın tələbələrinin 60 əsəri nümayiş olunub.
Tədbirdə muzeyin direktoru Fəridə Şəms, Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı, professor Fuad Salayev, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və başqaları çıxış ediblər.
Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Bu mühüm tarixi sənədlə Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub.
Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının çıxışı ilə davam edib.