İDMAN


Gimnast Mixail Malkin: Doğma şəhərdə çıxış etmək həmişə daha çətin və məsuliyyətlidir

Bakı, 7 fevral, AZƏRTAC

Doğma şəhərdə çıxış etmək həmişə daha çətin və məsuliyyətlidir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında Azərbaycanı təmsil edəcək Mixail Malkin deyib.

Avropa çempionu bildirib ki, bəzən məşqlərdə uğursuzluq olur. Amma biz yenə də özümüzü ələ almağa çalışırıq. Bu, məsuliyyətli startdır. Doğma şəhərdə çıxış etmək həmişə daha çətindir. Azarkeşlər medala ümid edir.

“Dünya kuboku yarışlarının başlamasına iki həftə qalıb və tam formadayam. Hədəfim yalnız qızıl medal qazanmaqdır. Milli Gimnastika Arenasında əla şərait yaradılıb. Əgər belə şərait olmasaydı, düşünürəm ki, mən bu səviyyəyə qədər çata bilməzdim. Rusiyalı gimnastı ən güclü rəqib hesab edirəm”, - deyə gimnast vurğulayıb.

Batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı fevralın 16-17-də Bakıda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.