MƏDƏNİYYƏT


Günay Əfəndiyeva Litvada tatar və karaim icmaları ilə görüşlər keçirib

Bakı, 15 mart, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib və orada əsrlər boyu yaşayan Litva karaimlərinin nümayəndələri ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə karaimlərin tarixi və mədəni irsinin tanıdılması yönündə Fond tərəfindən Litva Respublikası ilə əməkdaşlıq çərçivəsində ölkə rəsmilərinin və icmanın təmsilçilərinin iştirakları ilə təşkil olunan silsilə tədbirlərdən bəhs edilib. Fondun prezidenti Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında göstərdiyi xüsusi xidmətlərə görə təşkilatın təsis etdiyi “Dədə Qorqud” mükafatını təqdim edib.

Eyni zamanda, Günay Əfəndiyeva Azərbaycanın Litvadakı səfirliyində tatar icmasının nümayəndələri ilə təşkil olunmuş görüşdə iştirak edib.

Görüşdə Litva tatarlarının dili, dini, folkloru, adət-ənənələrinə dair geniş fikir mübadilələri aparılıb, milli musiqiləri, mahnıları, mətbəx nümunələri nümayiş etdirilib.

Həmçinin səfirlikdə çoxəsrlik türk xalqlarının milli-mənəvi dəyərlərini əks etdirən, qədim tarixə malik Novruz bayramı süfrəsi açılıb, milli şirniyyatlar təqdim olunub.

Fondun prezidenti Şuşa şəhərinin 2023-cü il Türk dünyasının Mədəniyyət Paytaxtı elan olunmasını nəzərə alaraq, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevə Fondun Şuşanın simvollarını əks etdirən xatirə hədiyyəsini təqdim edib.

Görüşlərdə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.