İQTİSADİYYAT


Gürcüstan ötən illərdə elektrik enerjisinin əhəmiyyətli hissəsini Azərbaycandan alıb

Tbilisi, 1 iyun, AZƏRTAC

Gürcüstan 2019-cu ildə 1,63 milyard kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci illə müqayisədə 7,8 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68 faizi Türkiyənin, 32 faizi isə Rusiyanın payına düşüb. Ötən illərdə Gürcüstanın aldığı elektrik enerjisinin əhəmiyyətli hissəsini Azərbaycan təmin edib. Belə ki, 2017-ci ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin 61 faizi, 2018-ci ildə isə 82 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə illik müqayisədə 2,5 dəfə azalaraq 243 milyon kilovat/saat təşkil edib.

Gürcüstanın 2019-cu ildə ixrac etdiyi elektrik enerjisinin 46 faizi Türkiyəyə, 24 faizi Rusiyaya, 24 faizi Ermənistana, 5 faizi isə Azərbaycana yönəlib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.