DÜNYA
Gürcüstanda koronavirusla bağlı yeni antirekord qeydə alınıb
Tbilisi, 4 dekabr, AZƏRTAC
Gürcüstanda COVID-19-a yoluxma ilə bağlı yeni antirekord qeydə alınıb. Ölkədə koronavirusun qeydə alındığı gündən ilk dəfə gündəlik yoluxma halı 5 mini keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilib ki, son sutka ərzində Gürcüstanda daha 5 068 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 152 min 704-ə çatıb.
Ötən sutka ərzində 2 336 nəfər sağalıb, 38 nəfər pandemiyanın qurbanı olub.
Bu günədək pandemiyadan 126 min 904 nəfər sağalıb, 1 425-i isə həyatını itirib.
Hazırda karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi