DÜNYA


Gürcüstanda milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlanacaq

Gürcüstanda milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlanacaq

Tbilisi, 3 fevral, AZƏRTAC

Bölgədə güc tarazlığının dəyişməsi milli təhlükəsizlik konsepsiyasına yenidən baxmaq zərurəti yaradıb. Gürcüstan tərəfdaşları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyəsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze fevralın 3-də deputatlar qarşısında illik hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, hökumət və parlament milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlamağı planlaşdırır. Sənəddə prioritet məsələ hibrid, kibertəhdidlərə və Qərb əleyhinə təbliğatlara dayanıqlılığın artırılması olacaq.

A.Talakvadze Gürcüstanın ABŞ, Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində nümunəvi əməkdaşlığının olduğunu qeyd edib. Bildirib ki, müdafiə sahəsində tərəfdaşlar və NATO ilə də əməkdaşlıq həyata keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.