DÜNYA
Gürcüstanlı nazir müavini : Pensiyaların 400 lariyə qaldırılması ilə bağlı vədlər real deyil
Tbilisi, 8 noyabr, AZƏRTAC
Əgər bütün dövlət orqanlarını ləğv edib hamımız evimizə getsək belə, Gürcüstanda pensiyaların məbləğini 400 lariyə qaldıra bilmərik. Büdcə vəsaitimiz buna imkan vermir.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstan maliyyə nazirinin müavini Qeorqi Kakauridze ölkə müxalifətinin pensiyaların 400 lariyə qədər artırılması ilə bağlı seçkiöncəsi vədinə münasibət bildirərkən söyləyib.
Q.Kakauridzenin sözlərinə görə, “Vahid Milli Hərəkat” partiyasının pensiyaların 400 lari məbləğinə qaldırılması ilə bağlı verdiyi vədlər real deyil. “Ona görə ki, büdcədə o qədər vəsait yoxdur”, - deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]