CƏMİYYƏT


Hacıqabulda və Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir təşkil olunub

Bakı, 16 avqust, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Hacıqabul rayon və Şirvan Şəhər İcra hakimiyyətləri ilə birgə dəyirmi masa təşkil edib.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini, qrupun sektor müdiri, rayon icra hakimiyyəti başçılarının müavinləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak ediblər.

Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam ruhda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu qeyd olunub.

Tədbirlər çərçivəsində şəhər-rayon komissiyalarına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.