MƏDƏNİYYƏT


Hər kəlməsi bir dastandır...

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında Xalq yazıçısı İlyas Əfəndiyevin 105 illiyi münasibətilə “Hər kəlməsi bir dastandır” başlıqlı sərgi təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq yazıçısının ömür yolu və zəngin yaradıcılığına nəzər salınıb. Bildirilib ki, XX əsr ədəbiyyatımızın canlı klassiki, milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli sənətkar İlyas Əfəndiyev həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.