ORDU
Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən, mayın 31-də Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə polkovnik-leytenantı, kriminalist İsrail Əsgərov tədbirdə çıxış edərək şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq, müvafiq tədbirlərin görülməsi və digər məsələlərdən danışıb.
Görüşdə müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.