ORDU
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Bu ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarış iştirakçılarına onun məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.