MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı təqdim olunacaq
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 24–də Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə tanınmış estrada və xalq mahnılarının ifaçıları - Xalq artistləri Mələkxanım Eyyubova, Ağadadaş Ağayev, Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Nurlan Növrəsli, Aşıq Samirə, Xəyyam Mustafazadə, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Elnur Məmmədli, Nazənin, Nicat Cəfərzadə, Kənan Qədimov, Natavan Həbibi və meyxanaçı Vüqar Əbdülov çıxış edəcəklər.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.