REGİONLAR
Həyətində çətənə bitkisi yetişdirən İmişli rayon sakini saxlanılıb VİDEO
İmişli, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkilər yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı onun rayon sakini Xanoğlan Quliyev olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu və təmiz çəkisi 3 kiloqram 615 qram marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı X.Quliyev çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.