CƏMİYYƏT


Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi məsələləri müzakirə olunub

Bakı, 17 aprel, AZƏRTAC 

Aprelin 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ölkə ərazisində su ehtiyatlarının hazırkı vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” açıq səhmdar cəmiyyətlərinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak ediblər.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi, martda aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək hər hansı risklərə qarşı dayanıqlılığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.