Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hollivudun acınacaqlı dövrü: “İfritələr” axtarışında

Bakı, 10 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə “dinamit” qoymaqla fəaliyyətlərini təhlükə altına atdılar. İkinci Dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünün və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı. Bu münaqişə sakit, ancaq dəhşətli sonluqla nəticələnə bilən, ABŞ və Sovetlər Birliyi arasında “soyuq müharibə” kimi tanınan bir dövr idi. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın “Hollywood” filmlərindəki nasizmi ondan daha təhlükəli olan kommunizm əvəzlədi, “Dəmir pərdə”, “Qırmızı Dunay” kimi filmlər çəkildi. Ancaq “Dəmir pərdə” ekran əsəri digər filmlərlə rəqabətə girə bilmədi, əksinə, kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Siyasi Aktivistlər Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər bu ideologiyanın kinoya təsirini araşdırmadı, ona diqqət ayırmadı. İlk növbədə 19 şübhəli şəxs kinodan kənarlaşdırıldı. Onların sırasında ssenari müəllifləri, prodüser və aktyorlar vardı. Onlardan 10 nəfər – Edvard Dimitrik, Dalton Trumbo, Con Hovard Lasn, Herbert Bibermən, Alva Besi, Rinq Lardner Cunior, Albert Maltz, Samuel Ornitz, Adrian Skot və Lester Kol kobud formada dindirilərək tarixdə “Hollivudun 10 nəfəri” kimi yadda qaldılar. Sonradan böyük studiyalara antikommunist filmlərin çəkilməsindən ötrü siyasi təzyiqlər göstərildi. Nəticədə Leo MakKerinin “Mənim oğlum Con”, Səm Folerin “Təhlükəli əllər”, Elia Kazanın “Qırmızı terrorun qaçaqları” və Qordon Duqlasın “I Was a Comunist for F.B.I” filmləri ekranlara çıxdı.

Kinostudiyalar da bu siyasi vəziyyətdən çəkinib “Hollivudun 10 nəfəri”nə iş vermədilər, çünki onlar ABŞ Konqresinə hörmətsizlik etdikləri üçün məhkəməyə cəlb edilib, sonradan isə həbs olunmuşdular. Onluğa daxil olan rejissor Edvard Dimitrik istintaqa verdiyi izahatını dəyişərək Kommunist Partiyasına rəğbət bəsləyən öz sənət yoldaşlarını satdı. Rejissorun digər yoldaşları da ona qoşuldular və 1951-ci ildə ikinci istintaq mərhələsi başlandı. Senator MakKarzi irəli duraraq Hollivudun dəhşətli düyünlərini açdı və bu zaman ölkədə “ifritələr axtarışı”na başlanıldı. Hamı bir-birini günahlandırırdı. Belə məlum oldu ki, Hollivudun yarıdan çoxu həyatlarında bir dəfə də olsa kommunizmin “ideal cəmiyyət” olduğuna müsbət münasibətlərini bildiriblər. Acınacaqlı bir vəziyyət yaranmışdı. Hər bir şirkət özü üçün qara siyahı tuturdu. Əgər kimsə bu siyahıya düşürdüsə, vaxt itirmədən özünün günahsız olmadığını sübuta yetirməliydi.

Ən pisi də o oldu ki, senator MakKarzinin “ifritələr axtarışı” özünü doğrultmadı. Bu axtarış bir çox professional kino mütəxəssislərin, aktyorların işsiz qalmasına səbəb oldu ki, onlar da öz növbəsində Avropaya axın etməyə məcbur oldular. Bu hadisələr “Hollywood”da kütləvi narazılığa səbəb olmuşdu. Bunun nəticəsində kino sənayesi “Roma tətilləri”, “Bəylər sarışın qızları seçir”, “Yeddi qardaş üçün yeddi gəlin” və ya “Durna” filmlərini təşviq etməsinə baxmayaraq, “Təhlükə qarşısında”, “Pislik toxumu”, “Deadline USA” və ya “Mərhəmətsiz on iki adam” filmlərində cəmiyyətin tənqidi mövqeyini göstərmiş olurdu.

1950-ci ildə Koreyada başlanan müharibə “Polad dəbilqə”, “Toko-Ri körpüləri”, “Polad şeytanlar vadisi” kimi tammetrajlı filmlərin çəkilməsinə gətirib çıxartdı. Münaqişə Birləşmiş Ştatlarda əhalinin özünəinamını zəiflətdi. İkinci Dünya müharibəsinin acıları unudulmamışdı. Şəhərdə düşmənlər olduğundan camaat qorxurdu. Böyük studiyaların rəhbərləri üçün isə vəziyyət daha da acınacaqlı idi, çünki onlar “qızıl dövr”ün sonunun çatdığını görürdülər. Evlərə isə televiziya vasitəsilə kabus daxil olurdu.

Təhlükəli və qorxulu vaxtda Amerika vətəndaşı üçün televiziya sanki bir xilaskarlıq simvoluna çevrildi. Söhbət radio və kinodan fərqli, daha cəlbedici, rahat və qənaətcil bir ixtiradan gedirdi. Bu yeni ixtira bir göz qırpımında milyonlarla vətəndaşın evində həmişəlik sakin oldu. Müsabiqələr, seriallar, komediya filmlərini evdəcə izləmək olurdu. Daha bundan yaxşı nə arzulamaq olardı?

Kinostudiyalar çəkdikləri filmlərdə məğlubiyyəti göstərmək əvəzinə televiziya ilə mübarizə aparmaq fikrinə düşdülər. Camaata televizorun balaca ekranını buraxıb kinoteatrda pul ödəməsindən ötrü nəhəng ekranlara baxmağı təklif etdilər. Bu yolla indiyə qədər görünməmiş “Cinemascope”,”Vistavision”, “Cinerama”, “Toddao” kimi yeni formatlar yarandı. Bu formatlar tamaşaçılara kinonun ecazını nümayiş etdirməkdən ötrü düşünülmüşdü. Həmin ekranlar eyni zamanda bahalı filmlərin çəkilməsini tələb edirdi ki, zalda əyləşənlər ekranda göstərilənlərdən zövq ala bilsinlər. “Metro Goldwyn Mayer” kinostudiyası Robert Teylorun ifasında “Quo Vadis?” və “İvanhoe” ekran əsərlərilə üstünlüyü ələ keçirdi. “Paramount” arxada qalmaq istəmədi və “Dünyanın ən böyük perfomansı” filmini ekranlara çıxartdı. Sirk dünyasından bəhs edən bu kinolentdə tamaşaçılar tanış simaları görmək imkanı qazandılar. Bu zaman “Twentieth Century Fox” kinostudiyası “Cinemascope” sistemində lentə alınmış “Müqəddəs tunika” filmilə hücuma keçdi. Xristian kinosunun ənənələrini özündə birləşdirən bu film demək olar ki, dünyaya səs saldı.

Televiziyaya müqavimət göstərən “Odorama” (Mayk Todd tərəfindən ixtira olunan sintetik iylərin zala buraxılması – iyli kino) “Circarama” (Walt Disney tərəfindən kəşf olunan 360 dərəcəlik dairəvi ekran) və ya 3-D formatında çəkilən kino (obyektləri üç ölçüdə görmək üçün optik illüziya yaradaraq tamaşaçıları kartondan hazırlanmış narahat eynəkləri taxmağa vadar edən) sistemləri isə tamamilə uğursuzluğa düçar oldu…

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib