ELM VƏ TƏHSİL


“IDC”: 2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara çatacaq

Bakı, 7 sentyabr, AZƏRTAC

“IDC” analitik şirkətinin proqnozuna görə, 2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara çatacaq. Mütəxəssislər hesab edirlər ki, bu beşillikdə artım sürəti dəyişəcək, amma bazarda gəlir ildə orta hesabla 2,8 faiz artacaq. 2018-ci ildə mobil rabitə, qurğu və mobil proqramların satınalınma xərcləri daxil olmaqla mobil texnologiyalar üzrə xərclərin 1,63 trilyon dollara çatması gözlənilir.

AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər verir ki, bu dövrdə mobil texnologiyalar üzrə xərclərin 70 faizdən çoxu istehlakçıların payına düşəcək. İstehlak xərclərinin 50 faizdən çoxu mobil rabitə xidmətlərinin payına düşəcək, digər hissəsi isə qurğu, əsasən smartfon alınmasına sərf ediləcək.

Dövlətlər arasında mobil texnologiyalar üzrə xərclərə görə ABŞ və Çin liderlik edəcək. 2018-ci ildə hər iki ölkədə müvafiq xərclərin 300 milyard dolları ötəcəyi gözlənilir. Bundan başqa, ilk beşlikdə Yaponiya, Hindistan və Braziliya da yer alacaq. Bu ölkələrdə xərclər müvafiq olaraq 107, 51 və 44 milyard dollara bərabər olacaq.

Mobil texnologiyalar üzrə xərclər Hindistanda daha sürətlə, ildə orta hesabla 7,9 faiz artacaq. İsrail, Tayvan və Səudiyyə Ərəbistanında isə mənfi dinamika proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.