İFES YERLİ MÜŞAHİDƏÇİLƏR ÜÇÜN MƏŞĞƏLƏ TƏŞKİL EDİR
AzerTAg.az
Seçki Şistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakıdakı nümayəndəliyi oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidəçi olmaq istəyən Azərbaycan vətəndaşları üçün məşğələlər təşkil etməyə hazırdır.
Bunu AZƏRTAC-ın müxbirinə nümayəndəliyin rəhbəri Çarlz Laşam bildirmişdir. O vurğulamışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, səsvermə hüququna malik hər bir Azərbaycan vətəndaşının qarşıdakı seçkilərdə müşahidəçi olmaq ixtiyarı var.
Ç.Laşam yerli müşahidəçilərin rolunun əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu mövzu onun Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşündə də müzakirə olunmuşdur. Biz seçki prosesində yerli müşahidəçilərin rolu məsələsində tam razılığa gəldik. Yaxın vaxtlarda yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatına başlanacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var