MƏDƏNİYYƏT


İRAN PREZİDENTİ İSLAM DÜNYASINI QƏRBLƏ MƏDƏNİ DİALOQU MÖHKƏMLƏTMƏYƏ ÇAĞIRIR

AZƏRTAC Əlcəzairin Press Servis Agentliyinə istinadla xəbər verir ki, bu ölkədə üçgünlük səfərdə olan İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəmi oktyabrın 3-də Əlcəzair Milli Xalq Məclisində çıxış edərək, İslam dünyasını Qərblə mədəni dialoqu möhkəmlətməyə çağırmışdır.

M.Xatəmi demişdir ki, belə dialoq hər iki tərəf üçün vacibdir, çünki müxtəlif mədəniyyətlərin mahiyyəti dialoqda və səmimi yanaşı yaşayışdadır. O bildirmişdir ki, müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın səmərəli olması üçün mənfi amillərə görə məsuliyyətin digər tərəfin üzərinə atılmasına yol verilməməlidir.

İran Prezidenti islam mədəniyyətinin həqiqi simasını dialoqun və dini dözümlülüyün köməyi ilə göstərməyin və qaytarmağın, beləliklə də, planetimizdə sülh işinə töhfə verməyin zəruriliyini də vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.