İDMAN
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində Heydər Əliyev adına İdman Arenasında təlim keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində aprelin 5-də Heydər Əliyev adına İdman Arenasında təlim keçirilib. Təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim idman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədilə təşkil olunub. Təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyə edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.