“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və nazirliyin mətbu orqanı olan “İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı beynəlxalq yarışda 3 mindən çox idmançı gücünü sınayıb və medallar uğrunda mübarizə aparıb.
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq. Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]