DÜNYA
İbrahim Kalın: Türkiyə və ABŞ hərbçiləri Suriyanın Münbiç bölgəsində ortaq patrul xidməti aparacaq
İstanbul, 21 sentyabr, AZƏRTAC
Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam edir.
Bu barədə açıqlama verən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, hazırda Türkiyə və ABŞ hərbçilərinin bölgədə patrul xidməti aparmaq üçün keçdikləri təlimlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda ortaq koordinasiya əsasında birgə patrul xidməti aparılacaq.
Qeyd edək ki, Münbiç yol xəritəsinin ilkin detallarına dair razılaşma iyunun 4-də Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında keçirilən görüşdə əldə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]