Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İbrahim Məmmədov: 2019-cu təsərrüfat ilini Azərbaycanda pambıq ili adlanırmaq olar

İbrahim Məmmədov: 2019-cu təsərrüfat ilini Azərbaycanda pambıq ili adlanırmaq olar

Bərdə, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, imzalanan fərman və sərəncamlar, qəbul olunmuş Dövlət Proqramı respublikamızda bu sahənin inkişafı üçün əlverişli şərait yaradıb. Əgər 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunmuşdusa, 2017-ci ildə 207,5 min ton, 2018-ci ildə 232,2 min ton "ağ qızıl" tədarük edilib. 2019-cu təsərrüfat ilində becərilən pambığın məhsuldarlığı əvvəlki illərlə müqayisədə daha çoxdur. Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramında xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) sədri İbrahim Məmmədov pambıqçılığın vəziyyəti və perspektivləri barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-İbrahim müəllim, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası hansı zərurətdən yaranıb?

-Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının yaradılmasında məqsəd ölkəmizdə pambıqçılığın inkişafına kömək etmək, pambıqçıların hüquqlarının qorunması, onların problemlərinin vaxtında, operativ həll olunması və pambıq istehsalçıları ilə Kənd Təsərrüfatı Nazirliyi arasında körpü yaratmaqdır. Həmçinin fermerlərdə pambıq əkininə marağın oyadılması, yeni texnologiyalardan istifadə edilməsinin təbliği, maarifçilik işinin təşkili, pambıqçılıqdan götürülən gəlirin artırılmasıdır. Toxumçuluqdan tekstil istehsalına qədər bütün mərhələlərdə birgə və sistemli fəaliyyətə ehtiyac duyulduğu üçün bu assosiasiyanı təsis etdik.

- Assosiasiya ötən müddətdə hansı işləri görüb?

- Respublikamızın 20 rayonunda pambıq becərilir. Biz hər bir rayondakı pambıq istehsalçılarını, emal şirkətlərinin nümayəndələrini və mütəxəssisləri bir araya yığaraq görüşlər keçiririk. Bizim məqsədlərimizdən biri də yerli fermerlərin pambıqçılığa cəlb olunması və Azərbaycanda pambığın daha çox sahələrdə əkilməsinə nail olmaqdır.

Ötən il pambıq tarlalarında alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı qaydalara doğru riayət edilmədiyinə görə zəhərlənmə hadisələri baş vermişdi. Bu təsərrüfat ilində belə hadisələrin baş verməməsi üçün maarifləndirici tədbirlər keçirdik. Bundan başqa, dərmanların qiymətinin baha olması, fermerlərin istehsal etdikləri məhsulu müqavilə əsasında zavod və şirkətlərə təhvil verdiyi zaman, nəmlik və zibillik faizinin yüksək tutulması haqqında şikayətlər daxil olurdu. Bu da fermerlərdə narazılıq yaradırdı. Biz assosiasiya olaraq bu məsələni qaldırdıq və nəticədə Kənd Təsərrüfatı Nazirliyi həmin nöqsanları ciddi nəzərə aldı. Şikayətlərə görə, birinci sort pambığın nəmlik və zibilliyinin 18-20 faiz qəbul edildiyi hallar var idi. Belə problemlərin həlli üçün təklifimizlə hər bir rayonda xüsusi komissiya yaradıldı. Komissiyaya müraciət edən pambıq istehsalçılarının şikayətinə baxıldı və neqativ hallar aradan qaldırıldı. 2020-ci ildə Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində laboratoriyaların, əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyinin səyyar laboratoriyalarının yaradılması planlaşdırılıb və problemlərin yerindəcə həlli nəzərdə tutulub.

- Yüksək məhsuldarlığa nail olmaq üçün pambıq əkinində nələrə diqqət edilməlidir?

- Pambıqçılıq kənd təsərrüfatında çox zəhmət tələb edən əkin növlərindən biridir. Əvvəlcə əkiləcək yer düzgün seçilməlidir və torpaq analizi aparılmalıdır. Bu analizin nəticəsində müəyyən olunur ki, torpağa hansı mineral gübrədən nə qədər verilməlidir. Onu da qeyd edim ki, biz assosiasiya olaraq Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə bilikdə yerli toxumçuluğun artırılmasını qarşımıza məqsəd qoymuşuq. Pambıqçılıq kooperativlərinin yaradılması da əsas təşəbbüslərdən biridir. Bu, hələlik dörd rayonda nəzərdə tutulub. Belə ki, pambıqçılıqla məşğul olan, hektardan 40 sentnerdən yuxarı məhsul əldə edən fermerləri birləşdirərək kooperativlər yaratmağı planlaşdırmışıq. Əgər burada yüksək nəticə əldə edilərsə, bu təcrübəni daha da genişləndirib, fermerlərə nümunə göstərmək olar.

- Elmi-Tədqiqat institutlarından söhbət düşmüşkən, dövlət qurumları ilə əməkdaşlığı hansı istiqamətdə qurursunuz?

- Biz Elmi-Tədqiqat institutları və Aqrar Universitetin alimləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri ilə bir araya gələrək, fermerlərə yerli, yeni və daha məhsuldar pambıq sortlarının yetişdirilməsinin və istifadənin vacibliyini seminarlar, təlimlər vasitəsilə izah etməyə və maarifləndirməyə çalışırıq.

- 2019-cu təsərrüfat ili başa çatmaq üzrədir. Ümumi vəziyyəti necə qiymətləndirmək olar?

- 2019-cu təsərrüfat ilini pambıq ili adlanırmaq olar. Respublikada 100 min hektardan çox sahədə pambıq becərilib. Keçənilki mövsümdə 130 mindən artıq hektar pambıq əkilməyinə baxmayaraq, məhsuldarlıq orta hesabla 17,6 sentner olmuşdu. Builki nəticələr isə 27 sentnerdən yuxarıdır. Bu da onu göstərir ki, əkin yerlərinin düzgün seçilməsi, aqrotexniki becərilmə qaydalarına ardıcıl və dəqiq əməl olunması, gübrələrin verilməsi, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması və pambığın itkisiz, zamanında kombaynlarla yığılmasına əməl edilib.

- Pambıq istehsalında kəmiyyət və keyfiyyətin artırılması istiqamətində hansı addımlar atılmalıdır?

- Günümüzün tələblərinə uyğun olaraq hazırda pambığın əkilməsi, becərilməsi, gübrələnməsi və yığılması texnika vasitəsilə həyata keçirilir. Xarici ölkələrin iş təcrübəsində əl əməyindən demək olar ki, çox az istifadə olunur. Respublikamızda tarlalardan məhsulun toplanması fermerlərə əl əməyi ilə həyata keçirildikdə hər kiloqramı 20 qəpiyə, maşınlar vasitəsilə isə 3-4 qəpiyə başa gəlir. Ancaq toxumçuluqda əl əməyindən istifadə mütləq lazımdır. Yaxşı olar ki, mütərəqqi texnologiyalardan, suvarma sistemində yağmurlama, çiləmə və damlama üsullarından istifadə olunsun. Texnika ilə səpin, dronla dərmanlama, müşahidə, kultivasiya və müasir kombaynlarla yığım məhsulun daha da artmasına kömək edər. Qeyd edim ki, xarici təcrübəni öyrənmək və təbliğ etmək üçün APİA-da xüsusi şöbə yaradılıb.

Fermerlərin və torpaq mülkiyyətçilərinin pambıqçılığa marağının artırılmasında pambığın alış qiyməti də mühüm rol oynayır. Hazırda pambığın hər kiloqramının qiyməti 65 qəpikdir. Bundan başqa, emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət tərəfindən fermerlərə 10 qəpik subsidiya ayrılır. Fermerlər gübrəni 70 faiz güzəştli şərtlərlə alırlar. Biz assosiasiya olaraq araşdırmalar apardıq və bu nəticəyə gəldik ki, pambığın bir kiloqramının qiymətinin 85-90 qəpik olması optimal variant hesab edilə bilər. Toxumçuluq üçün əkilən pambığın hər kiloqramına əlavə olaraq 6 qəpik nəzərdə tutulub. Biz bunun gələcəkdə 10 qəpik olmasına çalışacağıq.

- Toxumçuluq sahəsində vəziyyət necədir? Fermerlərin bir çoxu xarici toxumların çox baha olmasından şikayət edir. Bu haqda nə deyərdiniz?

- “Karizma”, “Bəyaz altun” və sair kimi xarici ölkələrdən alınan toxumların bir kiloqram üçün qiyməti 5 manat 20 qəpiklə 5 manat 50 qəpik arasındadır. Yerli toxumların bir kiloqramının qiyməti 30-35 qəpik təşkil etsə də, daha az istifadə olunur. Xarici sort pambıqda dörd ləçək və hər ləçəkdə 6-7 çiyid, yerli sortda isə beş ləçək və hər ləçəkdə 9-10 çiyid olur. Bu da pambığın çəkisini artırır. Xarici sort pambıqlardakı çiyidlər kiçik, yerli sortlarda isə daha böyükdür. Yerli sortların mahlıc faizinin yüksək olmasını da qeyd etmək lazımdır. Bizim əsas məqsədlərimizdən biri öz yerli toxumlarımızı yetişdirmək, respublikamızın rayonlarında yaymaq və xaricdən asılılığı azaltmaqdır.

- Sizcə pambıqçılıqda hansı xarici ölkənin təcrübə modelindən yararlanmaq olar?

- Biz hələ ki, əsasən Türkiyə Respublikasının iş təcrübəsindən istifadə edirik. Amma gələcəkdə Çin, Amerika Birləşmiş Ştatları, Hindistan və digər ölkələrlə də əməkdaşlığımız nəzərdə tutulur. Bu il təcrübə üçün Çin texnologiyası ilə Ucar rayonunda pambıq becərildi. Hər hektardan orta hesabla 55 sentner məhsul əldə olundu. Amma bu sortun Çində 100 sentnerə qədər məhsul vermək imkanı var. Bu pambıq sortunun maya dəyəri çox baha başa gəlir. Belə ki, əkin sistemi iki cərgəli aparılır, damlama üsulu ilə suvarılır və səpin ərəfəsində üzərinə polietilen örtük çəkilir. Dərmanlama və müşahidə isə dronla aparılır. Biz Azərbaycanda bu sortlardan 80-100 sentner məhsul götürə bilsək, fermerlərin marağı artar.

- Sonda Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının fermerlər üçün əhəmiyyəti və gələcək fəaliyyəti barədə nə deyərdiniz?

- Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası pambıq istehsalçılarının hüquqlarını qoruyan, onları maarifləndirən, daim yanlarında olan, problemlərini vaxtında və operativ həll olunmasına kömək etməyə çalışan bir qurumdur. Əgər pambıq istehsalçıları APİA-ya üzv olsalar, onlar üçün daha yüksək səviyyədə xidmət göstərmək üçün şərait yaranar. Fürsətdən istifadə edərək, pambıq istehsalçılarını assosiasiya tərkibində birləşməyi təklif edirəm.

Fermerlərin maarifləndirilməsi üçün bir sıra planlarımız var. Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının facebook səhifəsini yaratmışıq. Hazırda Assosiasiyanın nəzdində “Ağ qızıl” jurnalını tərtib edirik. Bu jurnalda pambıqçılığa dövlət qayğısı, uğur əldə etmiş fermerlərin tanıdılması və təcrübəsi, yüksəkkeyfiyyətli pambıq sortları, yeni istehsal olunan texnikalar, əkin sahələrində aqrotexniki becərilmə qaydaları, şirkətlərin planları və pambıqçılığa dair digər mövzuların işıqlandırılması nəzərdə tutulur. Bundan başqa, www.apia.az saytı da fəaliyyət göstərəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb