MƏDƏNİYYƏT


İçərişəhərdə “Bahar festivalı” açılıb VİDEO

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də Bakının tarixi mərkəzi İçərişəhərdə “Bahar festivalı” açılıb.

AZƏRTAC xəbər verir ki, Novruz adət-ənənələrini təbliğ edən festivalda xarici ölkələrdən olan qonaqlar da iştirak edirlər.

Qoşa qala qapısı meydanında xalq-tətbiqi sənəti nümunələrinin və suvenirlərin satışı təşkil olunub. Mahir aşpazlar festivalın qonaqlarına milli mətbəximizin yeməklərinin, Novruz şirniyyatlarının – şəkərbura, paxlava və badamburanın dadına baxmağı təklif ediblər.

Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa etdikləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirir.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə martın 26-dək davam edəcək festivalda ənənəvi olaraq təşkil edilən konsert proqramı hər gün saat 12:00-dan axşam saat 18:00-dək paytaxt sakinləri və qonaqların ovqatına xoş əhval-ruhiyyə qatacaq.

Bütün bu yeniliklərlə yanaşı, festival çərçivəsində martın 23-də Qoşa qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.