CƏMİYYƏT


İctimai yerlərdə beş nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

Bakı, 1 may, AZƏRTAC

Aprelin 30-da respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsi daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

DİN bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.