QAN YADDAŞI


İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar

Ankara, 26 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində qardaş Türkiyənin İğdır şəhərinin mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar daha bir anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır şöbəsinin təşkilatçılığı ilə şəhərin Atatürk prospektində toplaşan insanlar Xocalı soyqırımını törədən erməni vandallarına qarşı cəza tələb ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra onların ruhuna dualar oxunub.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal Xocalı soyqırımının törədilməsinin səbəb və məqsədləri barədə məlumat verib.

Xocalı soyqırımının dünyada bərabəri olmayan vəhşilik kimi dəyərləndirən tədqiqatçı-yazıçı Sərdan Ünsal beynəlxalq birliyin Xocalı soyqırımına biganə qalan təbəqəsini ikiüzlü və riyakar adlandırıb.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası ümumi məlumat verən natiq əminliklə bildirib ki, kimin hansı mövqeni tutmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə sonadək Xocalıya ədalət tələb edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.