ELM VƏ TƏHSİL
İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanova həsr edilən kitab-albom
Bakı, 22 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) dosenti Bəhman Kərimov, Hədiyələr və xatirə əşyalar fondunun müdiri, Əməkdar mədəniyyət işçisi Rəna Səfərovanın iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanova həsr olunmuş “Həyatı ilə əbədi şöhrət qazanan böyük sərkərdə” kitab-albomu işıq üzü görüb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, əsasən MATM-ın materialları əsasında hazırlanmış kitab-albomda Azərbaycan xalqının qəhrəman oğlu, II Dünya müharibəsində (1939-1945) göstərdiyi igidlik və şücaətə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolu işıqlandırılıb.
Kitab-albomda Həzi Aslanovun muzeydə mühafizə edilən 33 adda kolleksiyası, həyat və fəaliyyəti, döyüş yolu haqqında məlumat verilib.