İQTİSADİYYAT


İlham Əliyev: Qanunsuz tikililərə son qoyulmalı, mövcud qaydaları pozanlar məsuliyyətə cəlb edilməlidir

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident çıxışında qanunsuz tikililərdən böyük qazanc əldə edildiyini, buna son qoyulduğunu və artıq müvafiq Sərəncam imzalandığını nəzərə çatdırıb. Bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Dövlət başçısı, həmçinin qeyd edib ki, bu sahədə ictimai nəzarət güclü olmalı, vətəndaşlar qanunsuz tikililərə rast gəldikləri halda, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına məlumat verməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.