CƏMİYYƏT


“İlin ASAN könüllüsü” seçildi

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ASAN könüllülərinin fəaliyyətinə dair hesabat videoçarxı izlənilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllülərini Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edərək ölkəmizdə könüllülük hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, müxtəlif istiqamətlərdə reallaşdırılan layihələrin önəmindən bəhs edib.

Sonra “İlin ASAN könüllüsü” nominasiyası üzrə könüllülük fəaliyyətində fərqlənənlərə, həmçinin “ASAN xidmət” əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirdə ASAN Könüllüləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri də nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.