İQTİSADİYYAT
İlin birinci yarısında Bakının metallurgiya sənayesində istehsal artıb
Bakı, 8 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 229,4 milyon manatlıq məhsul istehsal olunub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 74,4 faiz, metallurgiya sənayesində isə 33,7 faiz artım müşahidə edilib.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 17,1 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,8 dəfə, armaturun istehsalı 28,5 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 33,9 faiz azalıb.