Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İlk Hərbi nazirimiz

İlk Hərbi nazirimiz

Qürur tariximiz haradan başlayır?

Bakı, 20 oktyabr, AZƏRTAC

Tarixi günlər yaşayırıq! Otuz ilə yaxındır səbrimizi tükəndirən Qarabağ işğalına, ədalətsizliyə son qoyulur. Ordumuz öz yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün tapdanan hüquqlarını bərpa edir. Arxa cəbhədə olan hər bir mülki vətəndaş isə üzərinə düşən işin öhdəsindən vicdanla, peşəkarlıqla, həvəslə gəlməyə çalışır. Müstəqilliyimizi bərpa etdikdən sonra bəlkə də ilk dəfədir ki, bütün ölkə bir yumruq kimi birləşib, bir ürək kimi döyünür....Bu günlərdə bütün şəxsi maraqlar arxa plana keçib, milli və dövlət maraqları isə önə çıxıb. Bütün sosial təbəqələri, fərqli düşünən insanları öz işığına toplayan, ətrafında birləşdirən bircə müqəddəs ünvan, bircə müqəddəs dəyər var - Qarabağ! Bunun şahidi olmaq necə də qürurvericidir!

Bu sözlər “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Qürur tariximiz haradan başlayır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Arxa cəbhədəki bu həmrəyliyin güc mərkəzi isə şanlı Ordumuzun Qarabağdakı zəfərləridir. Bu hərbi uğurların kökündə tarixi hərbi ənənələrimiz, təcrübələrimiz və əcdadlarımızın miras qoyduğu ləyaqət durur. Ötən əsrin əvvəllərində biz azərbaycanlılar demokratik ənənələrə, nizami orduya, sivil dövlət quruluşuna malik Şərqin ilk cümhuriyyətini qurduq. Bu cümhuriyyətin hərbi zəfərləri həm də AXC-nin ilk Hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun adı ilə bağlıdır.

Xosrov bəyin taleyi qəhrəmanlıq və sevgi, hərb və mühacirət hekayəsidir. Xalqımızın şərəf və ləyaqət rəmzi olan bir çox müasirləri kimi, Xosrov bəy də bizim yaddaşımıza öz millətinin azadlığı və firavanlığı, təhsili və xoşbəxt gələcəyi üçün sonsuz fədakarlığı ilə həkk olunub.

Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Qasımuşağı obasının Qurddağı kəndində - indiki Laçın rayonu ərazisində anadan olub. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. Sonra isə Novorossiysk Universitetinin tibb fakültəsində ali təhsilini davam etdirib. 1903-cü ildə təhsilini başa vuraraq birbaşa Zəngəzura qayıdıb - amma tək yox, ömür yoldaşı, Novorossiysk Universitetinin rektorunun qızı ilə. Bəs görəsən necə oldu ki, rus rektorunun qızı yüzlərlə gəncin arasından bu qafqazlını sevib seçdi?

Xosrov bəyin nəvəsi Elbrus Muradov müsahibələrində babasının sevgi macərasını belə nəql edir: "Babam universitetdə oxuyarkən bir gün təsadüfən yolda bir rus zabitinin gənc bir qıza sataşdığını görür. Ətrafdakılardan fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir. Nəticədə babam rus zabiti ilə duelə çıxır. Birinci gülləni rus zabiti atır və babamın bir gözünü zədələyir. Yaralı olmasına baxmayaraq, babam özünü itirmir və sərrast nişan alaraq zabiti öldürür. Sonradan məlum olur ki, bu qız Novorossiysk Universitetinin rektorunun qızıdır. Qızla babam arasında səmimi dostluq yaranır və bu dostluq böyük bir məhəbbətə çevrilir. Ailə qururlar. Bir oğlanları olur. Babam oğlunun adını Murad qoyur. Amma Murad uşaq ikən dünyasını dəyişir”.

Xosrov bəy Şuşaya köçür, Qarabağda həkimliklə məşğul olmağa başlayır. O, Şuşadakı evinin birini kitabxanaya çevirir. Şuşa ziyalılarını tez-tez bu evə dəvət edir, burada Şərq xalqlarının tarixindən, mədəniyyətindən söhbətlər gedir, imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi müzakirə olunur.

Amma yaşadığı coğrafiyada baş verən tarixi hadisələr Xosrov bəyi bu sakit həyatdan qoparır.

1917-ci il bolşevik inqilabı onu milli azadlıq hərəkatı uğrunda mübarizəyə sövq edir. Xosrov bəy 1917-ci ildə "Müsavat” partiyasına daxil olur. Rusiya Müəssislər Məclisinə deputat seçilir, Zaqafqaziya Seyminin ən fəal üzvlərindən biri kimi ad çıxarır. 1918-ci il mayın 27-də isə Azərbaycan Milli Şurasının üzvü seçilir və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza atanlardan biri olur. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumətin tərkibində Xosrov bəy Hərbi nazir vəzifəsinə təyin edilir.

Lakin Qarabağda, Zəngəzurda vəziyyət gərginləşir, ermənilər bu ərazilərdə yaşayan əhalini soyqırımına məruz qoyurdu, dövlətin qanun və qərarlarını icra etmirdilər.

Bunları nəzərə alaraq, 1919-cu il yanvarın 15-dən Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin edilir. İlk olaraq Xosrov bəy xalqa müraciət ünvanlayır. “Azərbaycan” qəzetində çap olunan müraciətdə yazılır: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısı, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. “Həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən, milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".

Xosrov bəy Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum hökm sürürdü. Təkcə Zəngəzurda 166 kənd dağıdılmış, əhalisi məhv edilmişdi. Bu qırğınları törədən erməni Andronikin silahlı dəstəsini bölgədən çıxarmaq üçün general-qubernator tədbirlər görməyə başladı. Buna cavab olaraq Ermənistan hökuməti həmin ərazilərlə bağlı Azərbaycan hökuməti qarşısında iddia qaldırır.

1919-cu il mayın 8-də Azərbaycan Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə Şuşadan göndəriləm 1348 saylı məlumatda bildirilir: "Maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsində hərbi əməliyyatlar aparılmalıdır. Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Gorusu tutmaq lazımdır. General-qubernator Sultanov".

Başqa bir teleqramda:

"Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya səfərbər olmaq barədə əmr göndərilib. General-qubernator Sultanov".

Beləliklə, Xosrov bəy Sultanovun fəaliyyəti nəticəsində daşnak Andronikin ordusu Zabux dərəsində, erməni komandiri Dronun orduları isə Əsgəranda darmadağın edilir.

Azərbaycan hökumətinin Qarabağdakı vəziyyətə dair Ermənistan hakimiyyətinə verdiyi 1720 saylı notada yazılır:

“Sultanov Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru kimi fəaliyyətdədir və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində, xüsusilə Şuşada qayda-qanun yaradan Xosrov bəy Soltanov buradakı erməni əhalinin də təhlükəsizliyini təmin etdi. Erməni məhəllələrində postlar quruldu, poçt, bank xidmətləri fəaliyyətini bərpa etdi, insanların gündəlik həyatı axarına düşdü.

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra Xosrov bəyin həyatında ağır dövr başladı.

Bolşeviklərin Azərbaycanı işğalından sonra Xosrov bəy Sultanov Qarabağ Hərbi İnqilabi Komitəsini yaradır və sədri olur. İnqilab Komitəsinin qərarında qeyd edilirdi ki, bu dövrə qədər mövcud olan partizanlar bu gündən Qırmızı kəndli qvardiyası adlansın, qəza rəisləri və pristav vəzifələri ləğv edilərək qəza və sahə komissarları ilə əvəz olunsun.

Lakin bu qərardan 11 gün sonra, mayın 12-də 519 saylı həbs kağızı əsasında Sultanov azadlıqdan məhrum edilir. Bolşeviklər onu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki, 1920-ci ilin avqust ayının 9-da Xosrov Sultanovun işi Ali Tribunalın məhkəməsinə verilir. Bu mərhələdə ona Nəriman Nərimanov və Çingiz İldırım tərəfindən ciddi köməklik göstərilir və o, həbsdən azad olunur, dərhal Azərbaycanı tərk edir.

Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başlayır. Xosrov bəyin fəaliyyətinin mühüm bir dövrünü də mühacirət illəri təşkil edir. O, 1936-cı ildə Türkiyəyə qayıdıb Trabzonda yaşayır. Sonradan İstanbula köçür, orada 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişir. Xosrov bəyin məzarı İstanbulun “Fəriköy” qəbiristanlığındadır.

Hər işdə ənənə önəmlidir. Ənənələr bu günü və gələcəyi qurmaq üçün həm də bir istinad nöqtəsidir. Hərb işində də təcrübənin, ənənənin rolu əvəzsizdir. İlk hərb nazirimiz Xosrov bəydən bizə, hərbçilərimizə, zabit və əsgərlərimizə, ölkəsinin taleyinə biganə qalmayan bütün gəncliyimizə hərbçi qüruru, döyüşçü ləyaqəti miras qalıb. Bu gün ön cəbhədə savaşan hərbçilərimizin döyüş mənəviyyatının arxasında Xosrov bəy kimi istinad və dayaq nöqtəsi var”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır