MƏDƏNİYYƏT


“İlk kosmonavt” viktorinasının fəal iştirakçıları təltif olunub

Bakı, 14 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, viktorinanın yekunlarına əsasən birinci yeri Zərdab rayonu 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, ikinci yeri Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, üçüncü yeri isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova qazanıb.

Viktorinanın fəal iştirakçıları da təşəkkürnamələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.