CƏMİYYƏT
İngilisdilli jurnalistlərin yazı müsabiqəsinin qalibi müəyyənləşib VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və “Press Association” agentliyinin təşkilatçılığı ilə keçirilən ingilisdilli jurnalistlərin yazı müsabiqəsinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, müsabiqə iştirakçıları gender bərabərliyi, sosial media dövründə jurnalistikanın önəmi və qərəzsiz xəbərlərin əhəmiyyəti kimi mövzuları işıqlandırıblar.
Tədbirin açılışında çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirakçıları Azərbaycan dilində salamlayıb. Britaniyanın Azərbaycanda medianı dəstəklədiyini bildirən səfir tədbirdə iştirakına görə Klayv Marşala təşəkkürünü bildirib.
Bakıda səfərdə olan “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal tədbirdə çıxış edərək müsabiqənin əhəmiyyətindən və jurnalistlərin qarşılaşdığı çağırışlardan danışıb. O, səfəri zamanı Azərbaycanda inkişaf proseslərinin şahidi olduğunu bildirib.
Müsabiqənin qalibi Londonda “Press Association” agentliyində bir həftə təcrübə keçmək hüququ qazanıb.