İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi: 1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub

Bakı, 2 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda “Ballı market”də, “Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda “Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, “X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda “Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda “Yeni Bakı” kafesində, Xətai rayonunda “Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda “Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda “Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda “Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda “Dokta” aptekində, Göygöl rayonunda “Helenendorf” otelində və “Oba market”də, Masallı rayonunda “44 Dönər Evi”ndə, “Hector” mağazasında, “Karal” oteldə, Zaqatala rayonunda “Kibel” parfümeriya mağazasında, “Meydan” kafesində, “Ekonom Univermaq”da, Ağdam rayonunda “Zeytun” aptekində, “İstanbul kafe”də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.