DÜNYA


İrakli Qaribaşvili: Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb

Tbilisi, 13 iyun, AZƏRTAC

Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazir deyib: “Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən saxlanılan 15 nəfər erməninin azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığı roldan fəxr edirəm”.

Onun sözlərinə görə, Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü. İki qonşu ölkə arasında əldə olunan razılaşma bölgə üçün mühüm əhəmiyyət kəsb edir”.

“Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərar olması ilə nəticələnəcək”, – deyə İ.Qaribaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.