SİYASƏT


İran mətbuatı Prezident İlham Əliyevin Ağdamın azad olunması ilə əlaqədar xalqa müraciətinə geniş yer ayırıb

Tehran, 21 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti İran mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, İRNA, Mehr, İSNA, İLNA, “Tasnim news”, “Fars news” və digər media orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin İran haqqında dediyi fikirlərə xüsusilə toxunulub.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İranı dost və qardaş dövlət adlandıraraq, rəsmi Tehranın İran üzərindən Ermənistana silah göndərilməsinin qarşısını aldığını bildirib.

Materiallarda qeyd olunub ki, Azərbaycan beynəlxalq qanunları rəhbər tutaraq işğal altındakı Qarabağı azad edib.

Qeyd edək ki, sosial şəbəkələrdə də Prezident İlham Əliyevin İranı dost və qardaş adlandırması müzakirə mövzusu olub. İran ictimaiyyəti Azərbaycanı haqlı sayır və onun Qarabağdakı qələbəsini təbrik edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.