Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İşğalçı və terrorçu Ermənistan dərin sosial tənəzzüllə üz-üzə

Bakı, 3 noyabr, AZƏRTAC

Təcavüzkarlıq və işğalçılıq siyasəti Ermənistanı digər sahələrdə olduğu kimi, sosial sahədə də tənəzzüllə üz-üzə qoyub. Ermənistan Azərbaycanla təkcə savaş meydanında aciz və məğlub durumda deyil, həm də sosial sahədə ölkəmizdən xeyli geridə olmaqla, getdikcə dərinləşən sosial-demoqrafik böhranın içindədir. Ermənistanın siyasi rəhbərliyinin əhalini işğalçılıq müharibəsinə, bu müharibənin yaratdığı sosial-iqtisadi problemlərin məngənəsində yaşamağa sürükləməsi ölkədə mənfi demoqrafik meyillərin kəskin xarakter almasına, əhalinin xarici ölkələrə mühacirətinin kütləviləşməsinə səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 1991-2019-cu illərdə Ermənistandan 1,2 milyon erməni, yəni əhalinin hər üç nəfərindən biri mühacirət edib. Düşmən ölkədə ildən-ilə doğum sayı kəskin azalır, ölüm sayı isə artaraq doğulanların sayını üstələyir.

Ötən il BMT-nin Əhali Fondunun Ermənistan üzrə icraçı nümayəndəsi T.Harutyunyan Ermənistanın demoqrafik böhrana məruz qaldığını və hətta ölüm nisbətinin doğum səviyyəsini aşa biləcəyi mərhələyə yaxınlaşdığını etiraf edərək bildirmişdi ki, ölkədə ağır sosial-iqtisadi durum səbəbindən ailələrdə uşaqların doğulması arzulanmır, ailə qurmaq istəyənlərin isə sayı xeyli azalıb.

Üstəlik, Ermənistanın Azərbaycanla son müharibədə 3-4 milyard dollarla və ÜDM-in 30 faizi həcmində itki ilə üzləşməsi həmin ölkənin sosial-iqtisadi vəziyyətinin daha da pisləşməkdə davam edəcəyini deməyə əsas verir. Ekspertlər düşmən ölkənin təkcə son müharibədəki ziyanlarını bağlamaq üçün azı 10 il vaxt lazım olacağını qeyd edirlər.

Azərbaycanda isə məqsədyönlü siyasət dayanıqlı sosial-iqtisadi inkişafla və bu da əhali sayının sabit artımı ilə nəticələnir. Təkcə bu ilin 6 ayında Azərbaycanda 60 minə yaxın yeni doğulan körpə qeydə alınıb. Ölkədə doğulanların sayı ölənlərin sayını iki dəfə üstələyir. Həmçinin yalnız son yarımildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı gedənlərin sayını 2,2 dəfə üstələyib, miqrasiya saldosu müsbət 446 nəfər olub.

Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 3 milyon nəfər artaraq 10 milyonu ötdüyü halda, Ermənistanda, əksinə, əhali sayı ötən əsrin 90-cı illərinin əvvəlindəki 3,6 milyondan 2,9 milyona düşüb. Ekspertlər həmin rəqəmin azalmaqda davam edəcəyini proqnozlaşdırır.

Azərbaycan Silahlı Qüvvələri canlı qüvvə baxımından mobilizasiya imkanlarına görə də bu gün Ermənistandan qat-qat üstündür. Belə ki, 18-24, həmçinin 18-54 yaş qrupu üzrə ölkəmizin mobilizasiya imkanı Ermənistandan 4 dəfədən də çoxdur.

Azərbaycanda 18-24 yaşlarında 514 min 200 kişi olduğu halda, Ermənistanda bu rəqəm 127 min 700 olmaqla, 4 dəfə azdır. Yaxud 18-54 yaş qrupu üzrə bu göstəricilər Azərbaycanda 2 milyon 770 min 400 nəfər, Ermənistanda 717 min 500 nəfərdir və fərq göz qabağındadır: Azərbaycanın bu istiqamətdə də düşməndən 4 dəfə olmaqla 2 milyon 53 nəfər üstün olduğunu görürük.

Sosial ödənişlər sahəsində də Ermənistan nəinki Azərbaycanla müqayisədə xeyli geridədir, hətta MDB ölkələri üzrə sıralamada son yerlərdə qərarlaşıb. Belə ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri və Gürcüstan üzrə sıralamada 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə 2-ci yerdədir. Ermənistan isə bu sıralamalar üzrə son yerləri - müvafiq olaraq 10-cü və 9-cu yerləri tutur. Ümumilikdə Azərbaycanda minimum pensiya Ermənistanla müqayisədə 2 dəfə yüksəkdir.

Əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin məbləği də Ermənistanda Azərbaycanda olduğundan 2,5-4 dəfə aşağıdır və orada 1-ci dərəcə əlilliyi olan şəxsə, sağlamlıq imkanları məhdud uşaqlara quluq edənlərə heç bir ödəniş edilmir.

Düşmən ölkənin əmək bazarında da süstlük hökm sürür. Ermənistanda işsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksək olduğu halda, Azərbaycanda bu rəqəmlər müvafiq olaraq 6,9 və 5 faiz təşkil edir. Həmçinin Ermənistanda hər il məşğulluq proqramları müəyyən olunsa da, maliyyə çatışmazlığı ucbatından həmin proqramlar cəmi 25 faizədək icra oluna bilir.

Son illərdə Ermənistanda sosial ödənişlərdə nəinki artım olmayıb, hətta bu ödənişlərin ödənilməsində belə çətinliklə üzləşiblər. Azərbaycanda isə təkcə ötən il 4,2 milyon insanı əhatə edən inqilabi sosial paket icra olunub, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis olunub, sosial təminatın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Son bir ildə ölkəmizdə pensiyanın orta məbləğində 30 faizə yaxın artım özünü göstərib.

Bu ilin 10 ayında Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 22,9 faiz və ya 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat ödənilib. Yəni Azərbaycanda təkcə sosial sahənin bir istiqaməti - pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait demək olar ki, elə Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Bu, Azərbaycanın Ermənistanla müqayisədə nə qədər üstün iqtisadi qüdrətə malik olduğunu göstərir.

Öz vətəndaşlarını işğalçılıq siyasəti naminə özgə torpaqlarında qırğına göndərən Ermənistan həlak olan döyüşçülərinin ailələrinin sonrakı taleyinə tam biganə münasibət göstərir. Ermənistan hökuməti həlak olan döyüşçülərin ailə üzvləri üçün təqaüd, mənzil, müharibə əlillərinin avtomobillə təminatı və s. kimi proqramlar nəzərdə tutmayıb. Həlak olan hərbçilərin ailələri üçün birdəfəlik ödəmələri isə Ermənistan dövləti onsuz da zəif olan büdcəsinə yük düşməməsi üçün işləyən əhalinin gəlirlərindən çıxarır, məşğul şəxslər bunun üçün yaradılmış fonda əlavə sığorta haqları ödəməyə məcbur edilirlər.

Azərbaycanda isə dövlət Vətən naminə şəhid olmuş qəhrəman hərbçilərin ailələrini, müharibə əlillərini sosial müavinət və pensiya ilə bərabər, Prezidentin aylıq təqaüdləri ilə təmin edir, şəhid ailələri və müharibə əlilləri üçün mənzillə təminat proqramları icra olunur. İndiyədək 8300 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Həmçinin ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6914 minik avtomobili ilə təminatı həyata keçirilib. Şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə hesablanır, şəhid ailələrinin övladları, müharibə əlilləri və onların övladları ödənişli əsaslarla təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Bütün bunlar Ermənistanın sosial mənzərəsinin acınacaqlı durumunu və işğalçı ölkənin sosial sahədə də uçurumda olduğunu göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir