REGİONLAR
İsmayıllı rayonunda üzüm yığımına başlanılıb
İsmayıllı, 26 iyul, AZƏRTAC
İsmayıllıda üzüm yığımına Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə və fiziki şəxs Əlibala Nağıyevə məxsus bağlarda başlanıb.
İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin olaraq daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul yığımına hər gün 40 nəfərdən çox işçi qüvvəsi çıxır. Gün ərzində 2,5-3 ton üzüm yığılaraq yerli bazarlara çıxarılır.
Qeyd edək ki, İsmayıllı rayonunda üzümçülük aqrar sektorun aparıcı sahələrindəndir. Son illər bölgədə bu gəlirli sahənin inkişafı üçün ardıcıl işlər görülür. Hazırda plantasiyaların sahəsi 1123,1 hektardır ki, bunun da 349,2 hektarı süfrə sortudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]