MƏDƏNİYYƏT
İsmayıllıya gələn xarıci turistlərin diqqətini tarixi abidələr daha çox cəlb edir
İsmayıllı, 8 sentyabr (AZƏRTAC). İsmayıllı rayonunun Pirdinar yaşayış məskənində və Şəbiyan kəndi yaxınlığında aparılan qazıntı işləri zamanı eramızdan əvvəl II minilliyə aid qədim yaşayış məskəni aşkar edilmişdir. Qədim yaşayış məskənindən o dövrlə bağlı bir çox məişət əşyaları tapılmışdır. Mütəxəssislər İsmayıllıda torpaq altında hələ xeyli sayda bu cür “sirli xəzinənin” yatdığını, gec-tez onların üzə çıxarılacağını bildirirlər.
AZƏRTAC xəbər verir ki, bu baxımdan rayonun Lahıc və Basqal tarix və mədəniyyət qoruqları ərazilərində, habelə qədim yaşayış məskənlərindən olan Mollaisaqlı, Sulut, Xankənd, Qalacıq, Qalagah və digər yerlər diqqəti daha çox cəlb edir. Bu ərazilərdə 233 tarix və mədəniyyət abidəsi mövcuddur.
Bütün bunlar həm də rayonda turizmin inkişafına geniş imkanlar yaradır. Təsadüfi deyildir ki, təkcə bu ilin 8 ayında rayona 53 min 400 nəfər turist gəlmişdir. Bu, bütövlükdə 2010-cu il ərzində İsmayıllıya gəlmiş turistlərin sayından 2 dəfə çoxdur.
Rayona səfər edən xarici turistlərin diqqətini daha çox cəlb edir qədim tarixi-mədəniyyət abidələri daha çox cəlb edir.