İDMAN


İspaniya La Liqası: "Barselona" səfərdə, "Real Madrid" isə doğma meydanda qələbə qazanıb

Bakı, 4 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 3-də İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid" klubu "Santyaqo Bernabeo" stadionunda "Real Valladolid" komandasını qəbul edib. Görüş "Real Madrid" klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 17-yə yüksəldən “Real” 6-cı pillədə qərarlaşıb.

“Barselona” isə səfərdə “Rayo Vallecano” komandasını sonuncu dəqiqədə vurduğu qolla məğlubiyyətə uğradıb (3:2). Kataloniyalıların heyətində Luis Suares (2), Osman Dembele, meydan sahiblərinin isə Xose Pozo və Alvaro Qarsiya fərqləniblər.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Leganes"-"Atletiko Madrid" - 1:1

"Valensiya"-"Girona" - 0:1.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Barselona" liderlik edir. "Atletiko Madrid" 21 xalla ikinci, "Deportivo Alaves" (10 oyun) 20 xalla üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.