YUBİLEY TƏBRİKLƏRİ
İsrailin Tazpit agentliyinin baş direktoru
Amotz Eyal
- Hazırda dünyanın ən müqəddəs və ən qədim yerlərindən biri olan Qüdsün qədim hissəsindəyəm. Bu yer həm xristianlar, həm müsəlmanlar həm də yəhudilər üçün müqəddəsdir və köhnə ilə yenini özündə necə birləşdirməyi bilir. Buradan sizə yüz illik təcrübənizdən necə faydalanmağı, öyrənməyi və onu növbəti əsrə aparmağı diləyirəm. Əminəm ki, bizim əməkdaşlığımız daha da inkişaf edəcək. Azərbaycan və İsrail xalqları münasibətlərini daha da yaxşılaşdıracaq və gücləndirəcək.
Qüdsdən yüz illik yubileyinizi təbrik edirəm. Mazel tov!