İDMAN
İtaliya A Seriyası: “Yuventus” öz meydanında məğlub olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də futbol üzrə İtaliya A Seriyasının X turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günün gözlənilməz hesabı Turində qeydə alınıb. “Yuventus” öz meydanında “Sassuolo”ya 2:1 hesabı ilə məğlub olub.
Oyunda hesabı matçın 44-cü dəqiqəsində David Frattezi açıb. Fasilədən sonra Veston Mekkenni hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə qonaqlar yenidən hesabda önə keçib. Maksim Lopez fərqlənib.
Bu nəticədən sonra "Yuventus" 15 xalla səkkizinci, "Sassuolo" isə 14 xalla bir pillə aşağıda yer alıb.
Günün digər görüşlərində "Atalanta" səfərdə "Sampdoriya"nı 3:1 hesabı ilə məğlub edib. "Udineze" - "Verona" matçında qalib müəyyənləşməyib - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]