MƏDƏNİYYƏT


Jan-Pyer Günyüt: Muğam Azərbaycanda akademik səviyyədə öyrədilir VİDEO

Paris, 21 may, AZƏRTAC

Parisdə koronovirus pandemiyasından sonra ilk muğam konsertini dinlədik. Konsert möhtəşəm idi, ancaq emosiyalar daha çox diqqəti cəlb etdi. Xanəndə ifası ilə muğamı qəlblərə ötürdü, onu bir daha dərindən sevdirdi.

Muğam bir çox ölkələrdə ifa olunmasına baxmayaraq, bu musiqi yalnız Azərbaycanda akademik səviyyədə tədris olunur.

Bu fikirləri “Şuşa İli” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Qarabağ” muğam klubunun konsertindən sonra Fransanın Azərbaycandakı sabiq səfiri Jan-Pyer Günyüt AZƏRTAC-a müsahibəsində söyləyib.

Muğamın yalnız Azərbaycanda akademik səviyyədə tədris olunduğunu, muğam məktəbinin yaradıldığını bildirən J.-P. Günyüt deyib: “Muğamı çox sevirəm. Muğam ən qədim və çətin, eləcə də mürəkkəb musiqidir. Muğam dünya musiqisinin incisi, özəyidir. Hindistandan tutmuş Mərakeşə qədər bütün ölkələrdə muğam ifa olunur. Ancaq muğam yalnız Azərbaycanda akademikləşdirilib, yəni, elmi əsasda nəsildən-nəslə ötürülür. Muğam məktəbləri mövcuddur“, - deyə J.P. Günyüt bildirib.

O qeyd edib ki, Azərbaycanda səfir olduğu vaxtlarda öz iqamətgahında tez-tez muğam konsertləri təşkil edirdi. J.P.Günyüt muğamı çox sevdiyini, bu musiqiyə xüsusi rəğbətinin olduğunu vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.