CƏMİYYƏT


Jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kvadratmetr sahəyə yeni tamet daş örtüyü salınıb, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə iki yeni söhbətgah, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılıb. Yararsız idman qurğuları və attraksionlar yenilənib, eyni zamanda uşaqlar üçün əyləncə meydançaları rezin örtüklərlə üzlənib. Keçirilmiş iməcilik işləri zamanı həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, həmişəyaşıl ağac və gül kolları əkilib.

Qeyd edək ki, aparılan abadlıq işlərində əsas məqsəd binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Məlumat üçün bildiririk ki, ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilib, binanın qarşısında bankomat və “BakıKart” yükləmə aparatı yerləşdirilib. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənib, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.